bazar ertəsi 16 mart 2026 - 19:33

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İranda son baş verən müharibə bir daha göstərdi ki, raket və hərbi toqquşmalar zamanı psixoloji müharibədə iti zəka və yaradıcı çevikliyin rolu son dərəcə böyükdür. Bu hadisə, bundan əvvəl baş vermiş on iki günlük müharibə ilə müqayisədə, həmin amilin əhəmiyyətini daha aydın və qəti şəkildə sübut etdi. Bu arada, jurnalistlər, media fəalları və bəzi sənət adamları, sözün həqiqi mənasında, öz xüsusi yaradıcılıqları və məsuliyyət hissləri ilə bir müsəlman iranlı kimi bu meydanda öz payları qədər qəbul edilə bilən və təsirli rol oynamışlar. Bununla belə, psixoloji müharibə müstəvisində son dərəcə mühüm, əsas və əlbəttə ki, təsirli sahələrdən biri hadisə və faktların qeydə alınmasıdır.

İslam İnqilabı cəbhəsinin sənədli film yaradıcılarından olan Möhsün İslamzadə bildirib ki, sənədli film müəllifləri müharibə şəraitində ölkənin sosial reallıqlarının, eləcə də regional və qlobal dəyişikliklərin qeydə alınmasında mühüm rol oynayırlar. O qeyd edib: hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, hazırkı şəraitdə media müharibəsi hərbi müharibə qədər əhəmiyyət daşıyır. Belə ki, düşmənin əsas proqramlarından biri media müharibəsi və psixoloji əməliyyatlardır. Buna görə də biz bu sahədə həm ölkə daxilində yaşayan insanlar, həm də dünya ictimaiyyəti, xüsusilə də haqqın və həqiqətin səsini axtaranlar üçün düşüncəli, ayıq və möhkəm psixoloji mövqeyə sahib olmalıyıq.

O əlavə edib: Buna görə də belə bir şəraitdə sənədli film yaradıcılarının üzərinə böyük məsuliyyət və mühüm bir missiya düşür. Xüsusilə də beynəlxalq üslubda və universal dildə əsər yarada bilən yaradıcıların rolu bu prosesdə son dərəcə əhəmiyyətlidir. Son iki həftə ərzində amerikalı və israillilərin ölkəmizdə törətdikləri cinayət və faciələrin şahidi olduq və bunların dünya xalqlarına çatdırılması bizim haqq olduğumuzu sübut edə bilər. Onların ən böyük cinayətlərindən biri Minab şəhər tam orta məktəb şagirdlərinin şəhid edilməsi idi və bu ağrılı faciənin görüntüləri və videoları dünya ictimaiyyətinə göstərilməlidir. Bu isə sənədli film yaradıcılarının işidir. Həmçinin Abik adına Qəzvin şəhər orta məktəbində də başqa bir faciə baş verdi və həmin hadisə zamanı bir məktəbli məzlumcasına şəhid oldu.

İranın hər bir raketi bir media vasitəsidir 

Bu sənədli film müəllifi həmçinin qeyd edib ki, hazırkı şəraitdə faktiki olaraq iki medianın meydanda aparıcı rol oynadığını görürük. Bu mənada ki, rəsmi media ilə yanaşı, raketlərimiz də media funksiyası qazanmışdır. Bizim raketlərimiz inkaredilməz bir həqiqətdir ki, dünya xalqları İran İslam Respublikasının əzəmətini və möhkəmliyini müşahidə etsinlər və görsünlər ki, regiondakı bütün ABŞ bazalarını necə yerlə‑yeksan etmiş və düşməni zillətə salmışıq.

O əlavə edib: Dünya müharibəsindən sonra ümumiyyətlə belə bir hadisə olmayıb ki, hansısa bir ölkə birbaşa, heç bir tərəddüd etmədən və qorxmadan ABŞ‑ın mövqelərini hədəfə alsın və onları alçaltsın.

Bu sənədli film müəllifi ABŞ prezidentinin təhdidlərinə də toxunaraq bildirib: Biz elə bir dünyada yaşayırıq ki, amerikalılar bir hərbi donanmanı hərəkətə gətirməklə bir hökuməti devirdilər. Lakin bu gün görürük ki, onlar nəinki donanmalarını dünyanın bu başına qədər gətirib sonda geri çəkilməyə məcbur oldular, həm də bizdən sarsıdıcı cavab aldılar. Çünki biz qətiyyət və möhkəmlik nümayiş etdirərək onları layiqli şəkildə cəzalandırdıq. Raketlərimiz bu həqiqəti dünyaya çatdırır. Eyni zamanda media orqanlarımız da İranın müqaviməti və sarsılmaz iradəsi haqqında mesajı dünya ictimaiyyətinə ötürməlidir. Bu baxımdan sənədli film yaradıcılığı bu mühüm və əsas vəzifəni həyata keçirə bilən ən təsirli media vasitələrindən biridir.

Belə bir vaxtda sənədli film yaradıcılarının könüllü və dəyərli təşəbbüsləri

Bu rejissor və sənədli film müəllifi, həmçinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhidlik zirvəsinə çatmağı, "çətinliklərdən keçmək və ölkənin varlığını qorumaq naminə sonadək müqavimət göstərməkdir” məzmunlu vurğularına istinad edərək bildirdi: Mən bir neçə sənədli film müəllifi dostumla birlikdə müxtəlif layihələr üzərində çalışıram. Bu layihələrdən biri Vəhid Fərəcinin rejissorluğu və təqdimatı ilə hazırlanan “İranın qəlbindən” adlı sənədli film silsiləsidir və milli media vasitəsilə yayımlanır. Artıq bu silsilənin on ikinci bölümü də çəkilib.

Bu sənədli filmlər ölkəmizdə bu günlərdə baş verən hadisələrə fərqli və sosial yönümlü bir baxış təqdim edir. Onlar daxili efirdə yayımlanmaqla yanaşı, xarici media platformalarında da altyazı ilə təqdim olunur. Maraqlı məqam isə odur ki, bu silsilənin ilk bölümünü müharibənin üçüncü günü efirə çıxarmağa nail olduq. Komanda üzvləri həqiqətən böyük əhval-ruhiyyə ilə çalışdılar. Düşmənin şiddətli raket hücumları altında olmağımıza baxmayaraq, meydanı tərk etmədilər və Allahın köməyi ilə işi arzu olunan nəticəyə çatdırdılar.

O əlavə etdi ki, Allahın yardımı sayəsində hazırkı şəraitdə cihad ruhlu bir media qərargahı formalaşıb. Bu təşəbbüs könüllü və xalq əsaslı fəaliyyətə çevrilərək film istehsalçıları və sənədli film müəlliflərindən ibarət geniş bir insan zəncirinin yaranmasına səbəb olub. Onlar hadisələr baş verən kimi sürətlə hadisə yerinə çatır, fakt və reallıqları qeydə alır, hazırladıqları materialları müxtəlif dillərə tərcümə edir və sosial media fəalları da bu materialları qlobal auditoriyaya çatdırırlar.

Cəmiyyətin dözümlü olmasında əsas vasitələr

“Sənədli Film Evi”nin rəhbəri Mustafa Şövqi isə bildirib ki, müharibə şəraitində sənədli film müəlliflərinin dəqiq və dürüst məlumatların insanlara çatdırması cəmiyyətdə müqavimət ruhunun və milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verə bilər. Onun sözlərinə görə, reallıq budur ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra media sahəsinin durumu on iki günlük müharibə dövrü ilə müqayisədə daha mürəkkəb bir mərhələyə daxil olub.

Bununla belə, meydanda baş verən hadisələrin qeydə alınması və sənədləşdirilməsi istiqamətində səylər əvvəlki dövrlərlə müqayisədə daha da artıb. Çünki cəmiyyət siyasi və sosial dəyişikliklərlə yanaşı, yenidən müharibə şəraiti ilə üz-üzə qalıb.

O qeyd edib ki, belə çətin və həssas dövrdə sənədli film müəllifləri cəmiyyətin mənfur düşmən qarşısında nümayiş etdirdiyi dözümlülüyün və möhkəm iradənin əas vasitəsi ola bilərlər. Onun sözlərinə görə, son aylarda baş verən bəzi hadisələr müəyyən dərəcədə cəmiyyətdə fikir ayrılıqları və parçalanmalar yaratmışdı. Lakin təcrübə göstərir ki, məsələ İran olduqda, fərqli baxış və zövqlərə baxmayaraq, bir çox iranlılar vahid məqsəd ətrafında birləşməyi bacarırlar.

Bu sənədli film müəllifi vurğulayıb ki, cəmiyyətdə baş verənlərin səmimi və obyektiv şəkildə rəvayət olunması milli həmrəyliyimizi daha da gücləndirə bilər. Xoşbəxtlikdən isə bu istiqamətdə istifadə olunmalı olan dəyərli imkanlar və potensial mövcuddur.

Son müharibə barədə yeni sənədli filmlərin istehsalına başlanılıb

Mustafa Şövqi son dövrlərdə “Sənədli Film Evi”nin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, bu qurum müxtəlif sənədli film müəllifləri ilə əlaqə saxlayır. Mövcud vəziyyətin formalaşdığı ilk günlərdən etibarən bir sıra yaradıcı qruplar fəaliyyətə başlayıb və hələ də kameralarını yerə qoymadan hadisələri qeydə almağa davam edirlər.

Yeni sənədli filmlərin hazırlanması üçün müxtəlif yaradıcı qruplar formalaşıb. Sənədli film müəlliflərinin daha əvvəl Suriya, İraq, Livan və Əfqanıstanda, eləcə də on iki günlük müharibə dövründə həyata keçirdikləri layihələrdə qazandıqları təcrübə bu işlərin daha peşəkar və ahəngdar şəkildə davam etməsinə mühüm töhfə verir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha